Rusiya prezidenti Vladmir Putin, nəhayət, Azərbaycanın gözlədiyi bəyanatı verdi. O, Prezident İlham Əliyevlə telefon söhbətində bildirib ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. Rusiya isə KTMT üzvü kimi təşkilatdakı öhdəliklərinə sadiqdir.
Döyüşlərin qızğın çağında regionda ən böyük hərbi-siyasi imkanları olan Rusiyadan belə mövqe Bakını tamamilə qane edir. Çünki Rusiya burada beynəlxalq hüquq prinsiplərindən çıxış edir, Ermənistanla strateji müttəfiq olsa da, Azərbaycanın haqlı mövqeyini gözardı etmir. Moskvanın postosvet məkanında etnik münaqişələrdəki rolu məlumdur, Kreml uzun müddət mövcud status-kvonun qalmasında maraqlı olub. Bu məqsədlə münaqişə tərəflərini sərt təzyiq altında saxlamağa çalışıb. Amma indi Rusiyanın xarici siyasətində ən azı Qarabağ münaqişəsinə münasibətdə ciddi dəyişikliklər müşahidə olunur. Putin administrasiyası bölgədəki yeni reallıqları nəzərə alır. Bu reallıqlar nədən ibarətdir?
Əvvəla, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə sahib olan Azərbaycan Rusiya ilə etibarlı tərəfdaş roluna həmişə sadiq olub. Bakı xarici siyasətdə həmişə Rusiyanın mövqeyini nəzərə alıb, müxtəlif maraqları balanslaşdıra bilib. Ticarət dövriyyəsi ilbəil artıb, iqtisadi, humanitar əlaqələr genişlənib. Xüsusən, Rusiya başqa qonşulardan fərqli olaraq Azərbaycandan kiçik istisnalarla heç vaxt narazılıq bildirməyib. İki ölkənin müvafiq strukturları sərhədlərdə vaxtaşırı birgə əməliyyatlar həyata keçirir. Əlbəttə, Moskvanın daha artıq gözləntiləri mövcuddur. Azərbaycan Rusiyanın Avrasiya İttifaqına qoşulması, KTMT üzvlüyü kimi istəkləri təbii səbəblərdən qəbul etmir, bu da Moskvada anlayışla qarşılanır.
Türkiyənin Cənubi Qafqazda fəal xarici siyasət yürütməyə başlaması, Azərbaycanla hərbi-siyasi əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltməsi də Moskvada diqqətlə izlənilir. Türkiyə ilə Azərbaycan təbii müttəfiqdirlər, bir-birnə sıx tellərlə bağlıdırlar. Qarabağ müharibəsinin ilk günündən Ankaradan verilən qətiyyətli dəstək bəyanatları Bakını ruhlandırır, eyni zamanda Rusiya kimi regional oyunçuları da ehtiyatlı olmağa vadar edir. Əlbəttə, Rusiya və Türkiyə böyük dövlətlərdir, son illər iqtisadi, siyasi əlaqələri dərinləşib, müxtəlif konfliktlərdə qarşı-qarşıya gəlsələr də, optimal çıxış variantı tapa biliblər. Beləliklə, Moskva başqa regionlarda olduğu kimi, Cənubi Qafqazda da Türkiyə faktorunu qəbul edir, onun maraqlarını nəzərə alır.

Məlumdur ki, Ukrayna böhranından sonra Rusiya Qərblə konfrontasiya şəraitindədir. ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ölkənin iqtisadiyyatına mənfi təsir edir. Neftin qiymətinin kəskin ucuzlaşması, pandemiya rejimi də iqtisadiyyatı çətin vəziyyətə salıb. Üstəlik, ölkə bir neçə regionda hərbi münaqişələrə cəlb olunub ki, bu da böhranı daha da dərinləşdirir. Rusiyanın Azərbaycanın apardığı hərbi əməliyyatlara dözümlü yanaşmasının bir səbəbi də düşdüyü çətin vəziyyətlə bağlıdır. Moskvada ölkə sərhədləri yanında irimiqyaslı münaqişəyə müdaxilə edərək sonu proqnozlaşdırlmayan proseslərin axarına düşmək istəmir. Resurslar məhduddur, perspektiv yoxdur, beynəlxalq hüquq da bunu tamamilə inkar edirsə, Rusiya ağrıyan başını cəncələ salmayacaq. Azərbaycan Prezidenti ilə telefon danışığında Putin Rusiyanın qırmızı xəttini də göstərib. Bildirib ki, ölkəsi KTMT üzvü kimi öhdəliklərinə sadiqdir. Yəni Moskva Azərbaycanın apardığı hərbi əməliyyatlara qarışmır, amma Ermənistanın vurulmasını da istəmir. Bu halda Ermənistana açıq dəstək verəcək. Bu arada Azərbaycanın Gəncə, Mingəçevir, Xızı rayonlarının Ermənistan ərazisindən orta mənzilli raketlərdən atəşə tutulmasını xatırladaq. Məlumdur ki, Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfi cavab zərbələri ilə hədələyib. Göründüyü kimi, Putin bu fakta heç bir reaksiya bildirmir, əksinə, Azərbaycanı adekvat zərbələrdən çəkindirməyə cəhd edir.
Putinin dediklərinin içində diqqətçəkən daha bir cümlə var: "Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə - görünən odur ki, buna hələ çox var - lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır”.
Rusiya prezidenti bu sözlərlə hərbi əməliyyatların münaqişənin həllinə gətirəcəyinə ümidsizlik ifadə edib. Yəni, biz müdaxilə etmirik, amma Ermənistanın məğlubiyyətini etiraf edib Azərbaycanın şərtlərini qəbul etməsi real deyil. Görünür, Rusiya münaqişənin hərbi əməliyyatlardan sonrakı fazasında aktiv iştirak etmək niyyətindədir. Putin də demək istəyir ki, münaqişə tərəflərdən birinin qazandığı üstünlüklə yox, Rusiyanın maraqları çərçivəsində bitə bilər. Əks təqdirdə, müharibə uzun müddət davam edəcək. Onun atəşin dərhal dayandırılması barədə dedikləri isə deklorativ xarakter daşıyır. Çünki bundan əvvəl o münaqişənin Azərbaycan ərazilərində getdiyini ifadə etməklə onun legitim olduğuna işarə edib.
Yekun olaraq qeyd edək ki, Rusiya bölgədə söz sahibi olan dövlətlərdən biri olsa da, hər şeyin Moskvanın maraqları çərçivəsində baş verdiyi və idarə olunduğunu demək absurddur. Faktlar göstərir ki, hərbi əməliyyatların gedişi situasiyanı ciddi şəkildə dəyişə bilir. Şübhəsiz ki, qısa müddətdə cəbhədə, hərbi, siyasi müstəvidə əhəmiyyətli dəyişikliklərə gətirib çıxaran qələbələrə imza atmış Azərbaycan Ordusu tezliklə bütün qüvvələrin etiraf edəcəyi reallıqları da yaratmış olacaq.
Elçin Rüstəmli
“AzPolitika.info”

Şərhlər
Əgər döyüş Azərbaycan zonasından gedirsə, o zaman ruslar müdaxilə etməyəcək. Lakin mənə izah edin erməni köpəkləri bizim əraziyə Ermənistan ərazisindən bizim rayonları atəşə tutur, o zaman biz durub baxmalıyıq? Əsas buna diqqət etmək lazımdır.
Salam olsun her bir kese Biz Dövlletimiz Ordumuza Allaha inanıb Allah inşallah her bir kömek Azerbaycan Xalqına eder.Amin Allahım Amin Şükür Milyon şükllerimiz olsun sene Allahım Bizim Qelbimizden Ermeni Fransız Acizliklerinin etdiyi Gence hadisellerini silecek Qellbe Bizemle olacaq .Bu ürek ağrısı olsa belle biz Güclü Dövlletimize Qorban olum Allahım Sendeya canım Feda olsun sendeya Yuxarda Allah Aşağda Dövletimiz Ordumuza Xalqımıza Sebir Dilleyirik Allahdan Biz Qurur duyuruq Bizim Dövllet Keçmişe Baxıb Gelceye İnamlla Adımlaycaq İnşahllah .Güclü Ordumuza Eşq olsun Fexrimdir .Bu Veşi Tecevüzkar Ermeni
Salam olsun her bir kese Biz Dövlletimiz Ordumuza Allaha inanıb Allah inşallahher bir kömek Azerbaycan Xalqına eder.Amin Allahım Amin Şükür Milyon şükllerimiz olsun sene Allahım Bizim Qelbimizden Ermeni Fransız Acizliklerinin etdiyi Gence hadisellerini silecek Qellbe Bizemle olacaq .Bu ürek ağrısı olsa belle biz Güclü Dövlletimize Qorban olum Allahım Sendeya canım Feda olsun sendeya Yuxarda Allah Aşağda Dövletimiz Ordumuza Xalqımıza Sebir Dilleyirik Allahdan Biz Qurur duyuruq Bizim Dövllet Keçmişe Baxıb Gelceye İnamlla Adımlaycaq İnşahllah .Güclü Ordumuza Eşq olsun Fexrimdir .Bu Veşi Tecevüzkar Ermeni
Putin əclaf altdan-altdan erməni faşıstlərinəraket verirsən, güya xəbərin yoxdur
Biz daim balalarimiza ermenilerin bednam olmaqlarini tedris etmeliyik!
Kommentler biraz sunidir admin, ele bil ozun yazmisan
1.Azərbaycan qadını KİŞİ-ERKƏY doğur! 2.SLAVYAN-Rus qadını: РОЖАЕТ ДОСТОЙНОГО МУЖИКА! 3. ƏXLAQSIZ"axçi"-erməni-XAİES QARAÇI QADINI ŞƏRƏFSİZ PEYSƏR"dığa" DOĞUR!
Kremlin hərbi təcavüz siyasəti RFna yalnız sanksiya-məhdudiyyətlər verdi. Artıq, ikitərəfli və ya digər faydalı iqtisadi əlaqələr qurmaq gərəkdir!
İrəvan xanlığına ramən Zəngəzurla Qarabağın qeyd-şərtsiz qaytarılması tam və real müstəqillik günü ola bilər? Geniş Türkiyə-Rusiya zolağı həmin İqtisadi tandemin aparıcı Azərbaycan və Ermənistan vətəndaşları ilə güclü inkişaf-bazar vəd edir! Gürcüstanın da bu iqtisadi məkana qoşulma zərurəti də görünür!
Qarabağ dağı ilə, düzənliyi ilə bizimdir. Anası, nənəsi erməni olanlar soxulublar hər yerə, casusluq edirlər. Rusiya olan yerdə aclıq, səfalət və qan görünür. Bunu onların öz yazıçısı Turgenev deyib. Erməni isə yaramaz, məkrli və nökərdir. Biz bunlarla necə yaşayaq? Qonşudurlar otursunlar öz yerlərində.... Erməninin isə heç yeri yoxdur. Təki Azərbaycan müstəqil olsun, Qarabağla birgə...
Realist və gözəl təhlil üçün təşəkkür edirik, (oxucu fikri).
İrəvan xanlığına ramən Zəngəzurla Qarabağın qeyd-şərtsiz qaytarılması tam və real müstəqillik günü ola bilər? Geniş Türkiyə-Rusiya zolağı həmin İqtisadi tandemin aparıcı Azərbaycan və Ermənistan vətəndaşları ilə güclü inkişaf-bazar vəd edir! Gürcüstanın da bu iqtisadi məkana qoşulma zərurət gprünür!