Menu

“Atəşkəsi pozması Ermənistanı dünyada rüsvay etdi” – Politoloq Hikmət Hacızadə

12.10.2020, 17:09
“Atəşkəsi pozması Ermənistanı dünyada rüsvay etdi” – Politoloq Hikmət Hacızadə

“Atəşkəsin pozulmasında Rusiyanın hansısa marağı yoxdur. Bu atəşkəs onsuz da ciddi deyildi, amma Ermənistanın onu pozması ilə Rusiyanın nüfuzuna ciddi zərbə dəyib”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri politoloq Hikmət Hacızadə hazırki hərbi-siyasi durumu şərh edərkən bildirib.

Ekspert hesab edir ki, əslində, atəşkəsin pozulması Ermənistanı bütün dünyada rüsvay etdi: “Oktyabrın 11-də Gəncənin bombalanması, mülki əhali arasında ölüm halları və xəsarət alanlar... Dünya mediası bundan yazır, reportajlar verir, atəşkəsi Ermənistanın pozduğunu birmənalı olaraq dünyaya bəyan edirlər".

Onun fikrincə, bu hadisə diplomatik baxımdan Azərbaycanın xeyrinə oldu: "Artıq Ermənistan dinc əhalini raket atəşinə tutmasını istəsə də, gizlədə bilməz və buna görə məsuliyyəti var".

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol