Menu

"Gəncədə 20-dən çox ev dağıdılıb" - "Ermənistan məsuliyyətə cəlb olunmalıdır"

17.10.2020, 02:24
"Gəncədə 20-dən çox ev dağıdılıb" - "Ermənistan məsuliyyətə cəlb olunmalıdır"

"Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar". “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb", - o bildirib.

"Ermənistanın Azərbaycanın dinc sakinlərinə qorxaq və xain raket zərbələri, o cümlədən Gəncəyə növbəti raket zərbələri onu göstərir ki, Ermənistan dövlət səviyyəsində terror və soyqırım siyasıti yürüdür. Ermənistan məsuliyyətə cəlb olunmalıdır" - deyə Hikmət Hacıyev qeyd edib.

Innocent civilians in the second biggest city of Azerbaijan are under the indiscriminate and targeted missile attack of Armenia. Unscrupulous calls for humanitarian ceasefire should see these war crimes of #Armenia. According to initial info more than 20 houses destroyed. pic.twitter.com/fznh82kqur

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020

Şərhlər

t.ədalət 2020-10-17 02:47:43

Dağlıq Qarabağda müzəffər ordumuzun qarşısını ala bilməyən rus ordusu şəhərlərimizi həf seçirlər.Rusiya Əfqanıstanda və Suriyada da belə "döyüşür",dinc əhalini məhv etməklə məşğul olurdu.Ölkəmizdəki casus şəbəkəsinin fəaliyyəti buxovlandığına görə Rusiya,artıq son variantından-- döyüş zonasından aralıdakı yaşayış məntəqələrini məhv etməkdən istifadə edir.Cənab Prezident İlham Əliyevin dəyişməz mövqeyini qıra bilməyəcək,ruslar xain variantlarının tətbiqindən də nəticə əldə edə bilməyəcəklər.Şoyqunun rə\hbərliyi altında Xəzər dənizində keçirilən hərbi təlimlər də bizi qorxutmağa hesablanıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol