Azərbaycan Rusiyaya nota verdi

Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Notada qeyd olunur ki, 16 oktyabr 2020-ci il tarixdə Vitali Milonov qondarma separatçı rejimin başçısı ilə görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki onsuz da gərgin vəziyyəti daha da kəskinləşdirməyə yönəlmiş bir çox təxribat xarakterli bəyanatlar verib.

“Rusiya Federasiyası Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətləri həm Azərbaycan ictimaiyyətində, həm də Rusiyadakı böyük diaspor arasında haqlı qəzəbə səbəb olub və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə istiqamətlənib”, - səfirliyin məlumatında deyilir.

Xatırladaq ki, daha əvvəl Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycana girişi qadağan olunmuşdu.

635x100

Şərhlər

Xalq 2020-10-17 19:39:22

And olsun Allaha bu dronlarla rus ordusunu diz çökdürə bilərik, inanın mənə. Nüvə silahı olmasa ruslar üstümüzə gəlsələr çox peşiman olarlar.

B.Qarabağlı 2020-10-17 19:00:29

Bununla belə deputat V.Milonovun məramı və səfər danışıqları maraqlıdır? Məgər, dünyada elə normal İNSAN, ADAM mümkünmü ki, dinc əhaliyə qarşı hərbi terrorçu ilə həmkar olsun?

t.ədalət 2020-10-17 17:08:20

Azərbaycan rus hərbiçilərinin ərazilərimizi raket atəşinə tutmasından və Rusiyanın ermənistanı müxtəlif yollarla silah-sursatla təmin etməsi ilə bağlı nota verməlidir...

Roma 2020-10-17 15:57:13

Bu alçaq milonov və onun kimilərinin hərəkətlərinə qarşı Səfirlik tərəfindən verilən reaksiya təqdirəlayiqdir...

Son yazılar