"DÜŞMƏN GERİ ÇƏKİLİR" - "Onlar Xudafərini həmişəlik unuda bilərlər”

"Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edib. Tutduqları mövqeləri tərk edib və geriyə çəkilməyə məcbur edilib”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanında fərarilik edir və geri çəkilir”, - A.Eyvazov vurğulayıb.

A.Eyvazov Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumatın cəfəngiyatdan başqa bir şey olmadığını da bildirib: “Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır. Onlar Xudafərini həmişəlik unuda bilərlər”.

635x100

Şərhlər

rasim quliyev 2020-10-20 20:46:24

men basha dushe bilmirem eger kimse sosial sebekede nese yayirsa bir fikrleshsin ki oturub evde amma esgerlerimiz orda can bahasina torpag azad edir.Bir az Azerbaycanli olun.Ozunuzu deyil bizim esgerleri fikrleshin

Son yazılar