"Ermənilərdə qorxu hissi hakimdir" - Qərb mediası döyüşlərdən nələr yazır?

ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında başlanmış hərbi əməliyyatlarla bağlı son günlər bir neçə məqalə dərc edib. Bu barədə “azadlıq org”da məlumat verilib.

Qəzetin müxbiri Karlotta Gol Bakıdakı müharibəəhvalından söz açır, dövlət binalarından üçrəngli bayraqların asıldığını, şəhərin mərkəzində nəhəng ekranlarında Ermənistan tərəfə vurulan zərbələrin əks olunduğunu qeyd edir. Məqalədə müharibəylə bağlı tənqidi fikirlərə rast gəlinmədiyi, ümumi əhvalın hərbi əməliyyatları dəstəklədiyi vurğulanır.

“Bu, xalqın müharibəsidir”, – Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev qəzetə deyib.

Şiriyevin sözlərinə görə, Qərb rəsmiləri həyat vəərazi itkisinin azərbaycanlılar üçün nə demək olduğunu heç vaxt tam dərk etməyiblər.

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova müxbirə deyib ki, son aylar Ermənistan tərəf getdikcə aqressiv yanaşma tutduqca o da əhalinin qəzəbinin artdığını müşahidə edirdi.

“Mən adətən siyasətə soyuqqanlı yanaşıram, amma qəzəblənirdim”, – İsmayılova söyləyib.

Müxbir daha sonra Bakının şimal hissəsində mindən çox qaçqının yaşadığı yarımçıq məktəb binasındakı vəziyyəti, qaçqınların torpaqlar işğaldan azad olunduqca yaşadığı sevinci təsvir edir.

“The New York Times” bir neçə gün öncə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin mərkəzi Xankəndindən reportaj dərc edib.

Müxbir Anton Troyanovski səngərlərdə qorxu hissinin hakim olduğunu, ermənilərin Azərbaycan dronları qarşısında zəif durumda qaldığını yazırdı.

1990-cı illər müharibəsinin veteran Artur Aleksanyan bu müharibənin fərqli olduğunu deyib. Onun sözlərinə görə, 1990-cı illərdəəsas silah "Kalaşnikov" avtomatı idi. Bu dəfə isə kiçik silahlardan az hallarda istifadə olunur, Azərbaycan sistematik olaraq Ermənistanın tanklarını və digər avadanlığını müasir “kamikadze dronlar”la sıradan çıxarır.

“O qədər sürətlidirlər ki, onları vurub yerə salmağı çatdırmırıq. Deməzdim ki, qorxmuruq. Hamımız qorxuruq”, – Aleksanyan deyib.

“Foreign Policy” dərgisində Robert Katler qeyd edir ki, Azərbaycan illər boyu sülh prosesi alınmayacağı halda gücdən istifadəyəəl ata biləcəyini bəyan edib. Ermənistan açıq və birtərəfli şəkildə Madrid prinsiplərini rədd edəndən sonra bu baş verdi.

Onun fikrincə, Ermənistanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, Rusiyadan asılılığı azaltmaqla bağlı vədlərini yerinə yetirə bilməyən Baş nazir Nikol Paşinyan özünün millətçi ritorikasının girovuna çevrildi və bu da Ermənistanda populizm və militarizmi gücləndirdi.

Məqalədə deyilir ki, 2019-cu ilin martında Paşinyanın Müdafiə naziri David Tonoyan Nyu Yorlda erməni icmasının qarşısında deyib: “Müdafiə naziri kimi elan edirəm ki, bu köhnə format, sülh əvəzinəərazi mübadiləsini dəyişmişəm. Biz əksini edirik – yeni ərazilər üçün yeni müharibə”.

“Bu təhdidedici şüar işğal olunmuş ərazilər ətrafında yeni ərazilərə, Azərbaycanın Naxçıvan eksklavına, digər ərazilərə aid ola bilərdi. Azərbaycan Ermənistandan hərbi provokasiyalar gözləməliydi. İyul-avqustda ölkənin şimal-qərbindəki Tovuz rayonunda, Dağlıq Qarabağdan xeyli uzaqda bu baş verdi”, – müəllif vurğulayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar