Menu

"Ərdoğanla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır” - Putin (Yenilənib)

22.10.2020, 23:24
"Ərdoğanla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır” - Putin (Yenilənib)

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ona xarici təzyiqlərə boyun əyməyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla çalışmaq rahat və etibarlıdır.

“İnterfax”ın məlumatına görə, bu barədə Rusiya lideri “Valday” müzakirə klubunun videokonfrans rejimində keçirilən iclasında bildirib.

“Bilirəm ki, Prezident Ərdoğan müstəqil xarici siyasət aparır. Heç bir təzyiqə baxmadan biz onunla kifayət qədər qısa müddətdə “Türk axını” layihəsini həyata keçirdik”, - deyə V.Putin qeyd edib.

“Biz Avropa ilə bu mövzunu (“Şimal axını-2” layihəsinin tikintisi) illərlə çeynəyirik və Avropa heç cür onun üçün tamamilə sərfəli olan “Şimal axını-2” layihəsinin reallaşdırılması üçün elementar müstəqillik və suverenlik nümayiş etdirə bilmir. Ancaq biz Türkiyə ilə bunu kifayət qədər sürətlə etdik, heç bir hay-küyə baxmadan, öz milli maraqlarımızı bilə və anlayaraq Ərdoğan dedi ki, biz bunu edəcəyik və etdik”, - deyə V.Putin vurğulayıb.

Rusiya lideri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan digər əməkdaşlıq sahələrində də müstəqil fəaliyyət göstərir.

“Məsələn, hərbi-texniki əməkdaşlıq. Türkiyə qərar verdi ki, onlara müasir HHM sistemi lazımdır, bu gün üçün dünyada ən yaxşı sistem isə Rusiya istehsalı S-400 “Triumf” sistemləridir. Dedi və aldı. Bu cür tərəfdaşla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır”, - Rusiya lideri bildirib.

Şərhlər

B.Qarabağlı 2020-10-23 10:10:16

Düşünürəm ki, siyasi-dini viruslar və hədsiz qısqanclar olsa da bu iqtisadi ittifaq labüd görünür!

Xalq 2020-10-22 22:43:17

putin Qarabağa heç bir status verilməyəcək.Bunu yadından çıxarma. Sən fikirləşirsən ki, Amerika ilə Qarabağın statusunu həll edəcəksən. Amma belə olmayacaq. Bəs bizim oğullarımızın qanı necə olcaq? Yaxşı fikirləş bunu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol