Vaşinqton görüşündən çıxan nəticə - "Ermənistan anladı ki, Qərbdən kömək gözləməyə dəyməz...”

Oktyabrın 23-də ABŞ Dövlət katibi Mike Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov həmçinin, ATƏT-in Minski qrupunun həmsədrləri ilə də görüşüb. Bütün bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsindəki vəziyyətdən bəhs edildiyi bildirilir.

Milli Məclisin sədr müavini, depiutat Fəzail İbrahimli “Turan” agentliyinə deyib ki, bu görüşlər kifayət qədər əhəməiyyət kəsb edirdi: “Xarici İşlər naziri Ceyhun Bayaramov hazırkı reallığı ABŞ-ın kifayət qədər yüksək vəzifəli şəxsləri ilə bölüşdü, bu özü olduqca vacib idi. Haqqı, reallığı sənədlər, faktlar əsasında ortaya qoydu..."

Vitse-spikerin deməsinə görə, Azərbaycan tərəfi öz mövqeyini ortalığa qoyub ki, sülh tərəfdarıdır, amma qarşı tərəf buna əməl etmək istəmir: “Azərbaycandan aqressiv dövlət obrazı yaratmaq istəyən qüvvələrin önünə sədd çəkildi. Bu ciddi məsələ idi”.

Bu görüşlərin problemin dinc vasitərlərlə həll olunmasına köməyinə gəlincə, deputat deyib ki, bu Ermənistan hərbi qüvvələrinin işğal altında olan ərazilərdən çıxdıqları halda mümkün olar.

Politoloq Zərdüşt Əlizadə "Azadlıq" radiosuna bildirib ki, görüşlərin faydası olub: “Faydası bu olub ki, diplomatlar gerçək vəziyyəti nə qədər düzgün anlayıb qiymətləndirsələr bu hansısa problemin həllinə faydalı olar. Ermənistan Qərbin hansısa köməyinə qəti ümid edirdi. Ona görə də mövqelərini dəyişmədən inadla durmuşdular. Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan ABŞ dövlət katibi M.Pompeo ilə, ATƏT-in Minsk qrupu həmədrləri ilə görüşdü. Anladı ki, Qərbdən, ATƏT-in Minsk qrupundan kömək gözləməyinə dəyməz”.

Sülhün şərtlərinə gəlincə Z.Əlizadə hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev şərtləri elan edib. Onun xatırlamasına görə, dövlət başçısı deyib ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərziləri tərk etməlidir, artıq status-kvo, təmas xətti yoxdur.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar