"Rusiya Türkiyə ilə əməkdaşlığı davam etdirəcək və Dağlıq Qarabağdakı hərbi ssenarinin irəli çəkilməsinin qarşısını almaq üçün regiondakı bütün nüfuzundan istifadə edəcək".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.
Rusiyalı nazir qeyd edib ki, Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən və bir-biri ilə əməkdaşlıq edərkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır. Lavrovun sözlərinə görə, Rusiya və Türkiyə diplomatları, hərbi və xüsusi xidmət orqanları arasında işgüzarlığın və maddi əməkdaşlığın canlı nümunəsi Suriya və Liviyada olandır.
"Dağlıq Qarabağ məsələsində vəziyyət kökündən fərqlidir", - deyən Lavrov məsələnin danışıqlar yolu ilə həllinə çalışdıqlarını qeyd edib.
Rusiya XİN başçısı həm münaqişə tərəfləri, həm də xarici tərəfdaşlar üçün atəşkəs razılaşmalarına, nəzarət mexanizminin yaradılmasına və konkret cədvəllə mənalı danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməyin vacib olduğunu vurğulayıb: "Dayanıqlı bir atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsirlərimizi istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin daha da irəli çəkilməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşlarımızla çalışacağıq".


Şərhlər
bu.... oraya qoymaqla zaten sari sichovullar bize qarshi oz ezeli munasibetlerini tezahur etdirirler. Kul qoyum o olkenin bashina ki xarici siyasetini .... tapshirib. Axir evvel oz bashlarinda chatlayacaq.
Lavrov-kalantaryanın söz sahibi olduğu Rusiyaya,ancaq səfehlər güvənə bilər.Türkiyənin qardaşlıq dəstəyi ilə indiyədək başımız üzərində "damokl qılıncı" olan Rusiyanı da yenəcəyik.Bu gün Rusiya bir ermənistandır!Putin isə Paşinyan!
......., MUTLEQ, HOKMEN, Azerbaycan Ordusu IRELI, IRELI, IRELI TAM SONADEK, TAM QELEBEYE DOQRU IRELILEYECEK ve Azerbaycan TORPAQLARIMIZ ermeni ishqalindan TEZLIKLE AZAD OLACAQ !!! ... senin RIYAKARLIQIN, FIRILDAQCHILIQIN, ALCHAQ OYUNBAZLIQIN bu defe KECMEZ, Azerbaycan XALQI seni RENTGEN APARAT kimi, GORUR, sene, Azerbaycan XALQI NIFRET EDIR !!!
... sizdə qadınlarda kişilərdə eyni işi görürdüz ...
kələntəryan qələbəni bizdən oğurlamaq istəyir, ayıq ol millət!