Qondarma rejimin “müdafiə nazirliyi” Laçın-Şuşa yolunun mülki əhali üçün bağlandığına dair məlumat yayıb.
“AzPolitika.info” xəbər verir ki, beləliklə də hazırda Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yol olan Laçın koridorunun bağlanması Ermənistanda şok effekti yaradıb.
Ermənilər Laçın koridorunun yalnız mülki əhali üçün bağlandığını bildirərək, bu addımın həmin əraziyə Azərbaycanın “diversiya qruplarının keçməsinin mümkünlüyü” səbəbindən atıldığını bildiriblər.
Erməni hərbi rəhbərliyi elan edib ki, guya hazırda həmin ərazilərdə Azərbaycan hərbi birləşmələrinin müəyyən olunması istiqamətində tədbirlər görür.
Bu məlumat iki mülahizə irəli sürməyə imkan verir.
Birincisi, doğrudan da Azərbaycan Ordusunun birləşmələri Laçın dəhlizini nəzarəti ələ keçiriblər və həmin ərazidə ermənilərin hərəkəti təhlükəli və hətta mümkünsüz olub. Məlum olduğu kimi, erməni mənbələri artıq bir neçə gündür ki, bizim hərbi birləşmələrimizin Şuşanın həndəvərində olduğu, həmçinin Laçın istiqamətində də əməliyyatlar həyata keçirdiyinə dair məluymatlar yayırlar.
İkincisi isə elə müharibənin başladığı ilk günlərdən Dağlıq Qarabağdakı ermənilərin kütləvi şəkildə Ermənistana qaçması müşahidə olunur. Son günlərdə bu proses daha da sürətlənib və hətta qondarma rejimin çoxlu sayda məmurunun Ermənistana qaçması və onlara qarşı cinayət işi qaldırılmasına dair məlumatlar yayılıb.
Bunula yanaşı, Dağlıq Qarabağdan Ermənistana silah-sursat qaçırıldığına dair də məlumatlar var. Bütün bunların üzərinə erməni ordusunun tör-töküntüləri sırasındakı fərariliyi də gəlsək, belə qənaətə gəlmə olar ki, erməni hərbi rəhbərliyi Ermənistana axının qarşısını almaq üçün Laçın dəhlizinin bağlanmasında maraqlıdır.

Yəni, yolun Azərbaycan hərbi birləşmələrinin nəzarəti altına keçib-keçməməsindən asılı olmayaraq, Ermənistan rəhbərliyi Qarabağda qalan ermənilərin Ermənistana qaçmasının qarşısının alınmasında maraqlıdır. Çünki bu gedişlə yaxın günlərdə Qarabağda ümumiyyətlə erməni qalmayacaq.
Hər necə olsa, Azərbaycan tərəfinin rəsmi xəbərlərini gözləməkdə fayda var. Çünki indiyə qədər Ermənistan tərəfi yalnız dezinformasiya yaymaqla və hadisələrin gerçək gedişini gizlətməklə məşğul olub.
Cəlal
AzPolitika.info

Şərhlər
Muzeffer ordumuz qilincini Bamsu Beyrek kimi siyirib Lacin dehlizinin uzerinde qururla dayanaraq Yalinciqlara-ermeni diga ve akcilere demelidir ki gelin kecin qilincimin altindan redd olun olkenize hercend ki onlarin yasadigi olke de bizim tarixi yurd yerlerimizdir.Gun gelecek o torpaqlar da oz sahibine qaytarilacaq INSAALLAH O vaxt uzaqda deyil.
Ermənilər ona görə bağlıyıb ki mülki əhali ordan çıxmasın bizi masaya çəksinlər ki orda mülki əhali var atəş açmayaq bu rusiyaninın planıdır ermənilər qoyundu belə şeylər ağıllarına gəlməz
bir neferde hay muqeddes torpagimizda yasamamalidir .bunu onlarin emmelleri subut etdi cunki dunyada haylar kimi murdar millet yoxdur.
Lacin dehlizini,helelik baqlamamaq lazimdir,ona gore ki,bu ermeni mexluklari ister erkeyi,ister disisi torpaqlarmizdan def olsunlar,oz razliklari ile,yoxsa IGID ORDUMUZ onlari ezecek!!!