Bu şəkil dünən günorta radələrində Bakının mərkəzi küçələrindən birinə yaxın ərazidə yerləşən xəstəxanada çəkilib.
Şəkildə gördüyünüz şəxs əsgərdir, Qarabağda döyüşlərdən yeni qayıdıb, Şuşanın düşməndən azad edilməsi ilə bağlı xəbərdən, minlərlə bayralı avtomobilin mərkəzi küçələrdə siqnallaya-siqnallaya hərəkət etməsindən duyuq düşüb, yatağından qalxıb, pəncərəyə çıxıb, sol əlini ürəyinin üstünə qoyub, baş verənlərə tamaşa edir.
Onun sağ qolu Qarabağda qalıb, yəqin ki, düşmən qəlpəsi qoparıb. Onu Bakıya, hospitala gətiriblər, amma ürəyi də Qarabağda, silahdaşlarının dostlarının yanında qalıb.
Bu qazi qardaşımız ömürlük hörmət-izzəti haqq edib. Biz dünya durduqca belə oğullara borcluyuq. Onlar təkcə vətənimizin ərazisinin kiçilməsinin qarışısını almadılar, eyni zamanda xalqın namusunun keşiyində durdular, onun qeyrətini çəkdilər.
Siz onun duruşundakı mətanərə, fəxarətə baxın. Ürəyinin üstündəki sol əli "canım bu vətənə qurbandır" deyir, baxışlarında nə boyda qürur və əzəmət var. (musavat.com)


Şərhlər
Senin qeyretine qurban olum oğul.Senin o ureyinden öpürəm.
Sənin şücaətinə, üzündəki Təbəssümə qurban olum Vətən oğlu, halaldır Sənə Vətənin Suyu Çörəyi...
Belə qazisi olan xalqın qabağında heç bir qüvvə saxlaya bilməz.Ordumuz düşməni iti qovan kimi qovacaq .Allah ordumuzu qorusun .Yaşasın Azərbaycan
Allah bu igidi var eləsin!Vətən belə oğulların çiynində dayanır!Allah qazilərimizi qorusun!