“BİR NEÇƏ GÜNƏ HƏR ŞEYİ İTİRƏCƏKDİK...” – Arutunyan təslimiyyətlərinin səbəblərini açıqlayıb

Qondarma “DQR” prezidenti Araik Arutunyan kapitulyasiyanın səbəblərini açıqlayıb.

“Dünən qəbul olunan qərara tarixin necə qiymət verəcəyini bilımirəm. Amma biz məcbur olduq. Niyə? Ona görə ki, biz hərbi planda 43 günlük hərbi əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını, eləcə də əsasən Hadrutu, Martuni və Əsgəran rayonlarının bir hissəsini və ən başlıcası isə Şuşanı itirdik”, - Arutunyan deyib.

Qondarma “prezident” əlavə edib ki, bu gedişlə bir neçə günə bütün Qarabağı itirəcəkdilər: “Döyüşlər Stepanakertin (Xankəndi-red.) ətrafında - 2-3 kilometrliyində gedirdi. Hər şey bu templə davam etsəydi, bir neçə günə bütün Qarabağı itirəcəkdik, çoxlu sayda itkilər olacaqdı...”

A.Arutunyan qeyd edib ki, əgər Xankəndi itirilsəydi, Ağdərə və Xocavənddəki erməni birləşmələri mühasirəyə düşəcəkdi. O, sonda məğlubiyyətin məsuliyyətini son on illər ərzində Ermənistanı və Qarabağdakı qondarma rejimi idarə edənlərin üzərinə atıb.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Türk 2020-11-10 18:30:05

Bunlar həmişə bizi aldadıblar. Bu tarixi fürsətdən istifadə edib onları torpağımızdan çıxara bilmədir. Çünki yenə aldatdılar bizi. ...

vidadi goyce 2020-11-10 15:18:32

bu g.. diga xortdadi?

Son yazılar