"PAŞİNYAN BUNKERDƏ GİZLƏNİR, QIZLARI KANADAYA QAÇIB" - Erməni mətbuatı baş naziri axtarır

"Bütün ölkə bu günlərdə Nikol Paşinyanı və onun ailə üzvlərini axtarır". 

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti yazıb.

“Şübhəsiz ki, onlar qəzəbli izdihamın əlinə verilə bilməzlər. Lakin insanlar baş nazir postunu tutan şəxsin harada olduğunu bilmək hüququna malikdirlər.

Fotolara baxanda, Paşinyanın kifayət qədər aşağı tavanlı, heç bir obyekt görünməyən, pəncərəsi olmayan bir otaqda olduğu görsənir. Ona görə də insanların baş nazirin harada olduğunu anlamamaları aydındır. Ancaq mənbəmiz Paşinyanın Müdafiə Nazirliyinin binasında, özünü daha güvənli hiss etdiyi bunkerdə olduğunu bildirir"-deyə qəzet yazıb.

Ailə üzvlərinə gəlincə, baş nazirin iki qızının - Mariam və Şuşanın təxminən bir həftəəvvəl Ermənistanı tərk etməsi barədə şayiələr var. Xəbərlərə görə onlar Kanadadadırlar.

"Harparak" yazır ki, Paşinyanın arvadı Anna Akopyan hərbi təlimlərdə iştirak etdiyi yerdə foto paylaşyıb.

"Bu foto dərc olunmazdan əvvəl onun Gorusda olduğu məkum idi. Amma məlumatlara görə, Akopyan artıq həmin yeri tərk edib. Ehtimal olunur ki, o oğlu və kiçik qızının yanına gedib” - deyə məqalədə qeyd olunub.

AzPolitika.info

635x100

Şərhlər

ƏSkəranlıya əlavə 2020-11-11 21:22:21

Hara qaçırsan, ay, bəd görünən xürrəm? Erməniləri işğal zənciri və damğasından, azəriləri də 27 illik (biabırçı)qalibi-təslimdən özün də BİLMƏDƏN, İLHAM ƏLİYEVİN cürəti ilə azad etdin! Əlbəttə, canları qurban getmişlər heyf oldular? Ruhları şad olsun!

Mirzə Əsgəranlı 2020-11-11 17:24:17

Hara qaçırsan, ay, bəd görünən xürrəm? Erməniləri işğal zənciri və damğasından, azəriləri də 27 illik (biabırçı)qalibi-təslimdən özün də azad etdin! Əlbəttə, canları qurban getmişlər heyf oldular? Ruhları şad olsun!

Roma 2020-11-11 14:53:49

Mənim nikoyl paşolyana "böyük" hörmətim olduğundan, onun boyunun ölçüsü məni maraqlandırır...qəmiş məsələsi...nə oldu paşolyan!!!

Roma 2020-11-11 14:40:05

ermənistanın baş (lap istəyir ayaq olsun) naziri pişikyanı tapsaydım soruşardım, o müqəddəs Cıdır Düzündə oynayırdın, indi necə hansısa bunkerdə siçan kimi gizlənmisən...noldu paşolyan....

Son yazılar