Menu

Daşnak yaraqlıları Qarabağdan çıxmaq istəmir

12.11.2020, 14:51
Daşnak yaraqlıları Qarabağdan çıxmaq istəmir

Dağlıq Qarabağdakı işğalçı qüvvələrin bəzi bölmələri Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında əldə edilmiş razılaşmanın şərtlərinə tabe olmaq istəmir. Avia.pro yazır ki, qondarma “DQR” hərbi rəhbərliyi bu razılaşmaya məhəl qoymamaq niyyətini nümayiş etdirir və onların tabeçiliyindəki bölmələr tutduqları mövqelərdən çəkilməyə hazırlaşmır.

Xatırladaq ki, razılaşmaya əsasən işğalçı qüvvələr noyabrın 15-nədək Kəlbəcəri, 20-nədək Ağdamı və dekabrın 1-nədək Laçını boşaltmalıdır. Həmin qüvvələrin hara geri çəkiləcəyi hələlik aydın deyil. Çünki Dağlıq Qarabağda olan silahlı birləşmələrin bir qismi formal olaraq “dqr müdafiə ordusuna” aiddir. Yəni Kəlbəcərdə və digər iki rayonda mövqe tutmuş erməni işğalçı bölmələrinin Ermənistan ərazilərinin daxilinə, yoxsa Ağdərəyə və ya Dağlıq Qarabağın digər hissələrinə çəkiləcəyi hələlik açıqlanmayıb.

Bundan əvvəl Yerevanda müxalifətin mitinqində “Daşnaksütun” inqilabi federasiyasından deputat Geqam Manukyan elan edib ki, partiyanın nümayəndələrinin formalaşdırdığı və Qarabağa göndərdiyi könüllü dəstələr tutduqları mövqelərdən geri çəkilməyə tələsmir və “istənilən döyüş vəzifəsinin öhdəsindən gəlməyə” hazırdır. Çünki partiya üçtərəfli razılaşma ilə razı deyil.

Şərhlər

t.ədalət 2020-11-12 20:19:27

Bu da Rusiyanın oyunudur.Putin istəyir ki,belə oyunlarla Dağlıq Qarabağı təzədən problemə soxsun.Yaşayarıq,görərik.

Xalq 2020-11-12 16:12:04

kül başuva a daşnak müharibə qurtarıb ey, siz uduzmusuz başa düşmürsən?

omar 2020-11-12 15:07:05

O nə deməkdir Ağərəyə,ya Xankəndinə,ya Xocavəndə çəkiləcək.Bəyəm razılaşmada o terroristlər ərazilərimizdən çıxmalı deyildi?Onda rus burda nə qələt edir?

t.ədalət 2020-11-12 15:01:06

Rusiyanın bölgəyə tələsik girişi də müəmmalı idi.İmkan vermədi ki,biz ərazilərimizi tam azad edək.Rusiya sülhməramlı adı altında regiona daşıdığı silah-sursatı elə terrorçular üçün gətirib.

t.ədalət 2020-11-12 14:58:34

Rusiyanın oyunudur.Gəlib Dağlıq Qarabağda möhkəmləndi.İndi də daşnaqların adı altında ərazilərimizi yenidən işğal döyənəyinə çevirəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol