Kreml Qarabağda rusiyalılarla birlikdə türk sülhməramlılarının yerləşdirilməsi ilə bağlı danışıqların aparıla biləcəyini istisna etmir, lakin bu günə qədər bu mövzu müzakirə olunmayıb.
“İnterfax” bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.
Jurnalistlərlə söhbət əsnasında Peskov Rusiyanın nəzəri olaraq Türkiyə sülhməramlılarının ruslarla birlikdə yerləşdirilməsinə razılıq verməyə hazır olub-olmadığı və bu məsələnin müzakirə edilib-edilmədiyi sualını cavablandırıb: “Hər zaman müzakirə üçün yer var, amma bu mövzu müzakirə edilməyib”.
O qeyd edib ki, Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi üçün Bakı və İrəvanın razılığı lazımdır.
Eyni zamanda, Kremlin sözçüsü bildirib ki, müxtəlif regional problemlərin həllində Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı təsir effektivliyini göstərib: “Biz bu qarşılıqlı əlaqəni, qarşılıqlı etimadı və əməkdaşlıq səviyyəsini yüksək qiymətləndiririk”.
“Bilirsinizmi, prezidentimiz türkiyəli həmkarı Prezident Ərdoğanın konstruktiv yanaşmasını da yüksək qiymətləndirir. Onlar çox yaxın və substantiv dialoqa davam edirlər, ancaq təbii ki, bu cür mürəkkəb substansiyalar, deyək ki, türk tərəfdaşlarımızla dialoq zamanı həll etməyi düşündüyümüz yanaşmalardakı nüanslar fikir ayrılığı olmadan ötüşmür”, - Peskov deyib.


Şərhlər
Песков сказал чётко: В Карабах турков не пустим! Естественно туркам это не выгодно. Они будут делать всё, чтобы сорвать мирный план. И рассказывать всем нам сказки, типа они, т.е. турки уже патрулируют в Карабахе.
xoruzun quyruğu göörüünndüü
Песков башга созлар да дейиб. Турк ордусунун Гарабагда олмасы мумкун дейил. Онлар анчаг аташкаса назарат марказинда иштирак едирлар. Бу иса Азарбайчан торпагында йерлашачак. Буну Путинин матбуат катиби Песеов дейиб.Йани Гарабаг Азарбайчан дейил?
Azərbaycan ərazisində Türkiyənin sülhməramlılarının yerləşdirilməsi üçün ermənistandan icazəmi alasıyıq?Deyəsən Peskov zayvaxlayır.Məgər,biz ermənistanla söhbəti bitirməmişikmi?Türkiyə olmasa,biz Rusiyanın da regionda üoşun saxlamasına icazə verə bilmərik.İcazə verəsi olsaq,vətəndaşlarımızın ölümünə fərman vermiş olarıq.