"ORDUMUZ KƏLBƏCƏRƏ HƏRƏKƏT ETMƏK ÜÇÜN TAM HAZIRDIR" - "İlk olaraq Ermənistanla sərhəddə yerləşəcək"

“Mən tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılması ilə paralel olaraq Azərbaycan ordusunun hissələri və qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Kəlbəcərə bitişik olan ərazilər minalardan təmizlənib: “Azərbaycan ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır. Postlara hərəkət Göygöl və Daşkəsən istiqamətindən həyata keçiriləcək. Artıq əhalinin tərketmə prosesi baş tutur. Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”.

H. Mahmudov bildirib ki, Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətində olan hissəsi minadan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır: “Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq. Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”.

635x100

Şərhlər

Vətəndaş 2020-11-15 23:31:25

Rus bizi ora buraxan deyil. Döyüşüb girməliyik.

Vətəndaş 2020-11-15 23:22:27

Rus bizi oraxan deyil. Döyüşüb girməlik.

Son yazılar