Menu

"Yoluxma halları daha çox yas mərasimlərində olur" - TƏBİB

19.11.2020, 13:21
"Yoluxma halları daha çox yas mərasimlərində olur" - TƏBİB

Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur.

Bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Qələbədən sonra insanlar sevinclərini paylaşmaq üçün toplaşır. Eyni zamada, şəhidlərin dəfn mərasimləri keçirilir:

“Bu hallarda da insanlar arasında ara məsafə itir. Belə məkanlarda maskanın ya qətiyyən, ya da doğru istifadə olunmadığını müşahidə edirik. Təbii ki, belə yerlərdə virusun yayılma riski çox yüksəkdir”.

Şərhlər

t.ədalət 2020-11-19 23:05:15

Əhalinin istifadəsində olan avtobusların sayca az olması elə bir sıxlıq yaradır ki,yoluxma üçün baryer qalmır.Hamı nəfəs-nəfəsə ayaq üstə yol gedir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol