TÜRKİ ƏSGƏRİ AZƏRBAYCANA GƏLİR! - “Hazırlıqlar başa çatıb, Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək”

“Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”.

APA-nın məlumatına görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”.

“Azərbaycanlı qardaşlarımızın haqlarını və mənafelərinin qorunması üçün nə lazımdırsa, etdik”-deyə, Hulusi Akar bildiriib.

Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələri böyük əzm göstərərək 30 ildir, Ermənistanın işğalında olan torpaqlarını azad edib: “Qarabağla bağlı imzalanan müqaviləyə əsasən, Rusiya ilə görüşlərimiz davam edir. Azərbaycanlı qardaşlarımızın haqlarının və mənafelərinin qorunması üçün nə lazımdırsa, etmişik və edirik”.

635x100

Şərhlər

Məzahir 2020-11-22 11:06:52

Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!Turan Ordusunun yaradılması tarixi zərurətdir

Məzahir 2020-11-22 11:04:31

Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!

RR 2020-11-21 19:59:54

Tez gəlin biz sizi gözlüyürük. Türkün türkdən başqa dostu yoxdur.

Cəmşid Dərələyəzli 2020-11-21 15:00:49

Vətənə xoş gəlirsiniz. Bu gəliş Türkün gəlişi, bu gəliş Turanın gəlişi. Çatlasa da, Partlasa da Zaman Türkün zamanı, bu yüz illik Türkün əsri.

OQTAY 2020-11-21 14:51:20

Akar-Turkun dusmenini yakar!!!

t.ədalət 2020-11-21 14:20:33

Var olun!Siz olmasaydınız,Allah bilir Rusiya nələr törədərdi.Yuxularımıza rahatlıq qatan Sizsiniz!

CAVAN 2020-11-21 13:49:08

Qardaşlarımız xoş gəlir,tez gəlsinlər ki,biz də rahat olaq.

Xalq 2020-11-21 12:36:11

Türkiyə əsgəri nə vaxt gəlir Azərbaycana? Gözləməkdən gözümüzün kökü saraldı!

Son yazılar