Menu

"Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur" - Pentaqon

25.11.2020, 10:34
"Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur" - Pentaqon

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə əldə olunmuş Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması barədə razılaşmaya əməl olunur.

Trend-in məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

O bildirib ki, ABŞ bu razılaşmanı və tərəflərin razılaşmaya əməl etməsini alqışlayır:

“Deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasındakı razılaşma hazırkı mərhələdə tam icra olunur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol