Menu

Ermənilər Çərəktar kəndinə od vurub çıxdılar... - İndi isə deyirlər ki, kənd onlarda qalır

25.11.2020, 19:32
Ermənilər Çərəktar kəndinə od vurub çıxdılar... - İndi isə deyirlər ki, kənd onlarda qalır

10 noyabr üçtərəfli razılaşması əsasında Kəlbəcər rayonunun işğaldan azad edilməsi və Azərbaycanın nəzarətinə qaytarılması bu torpaqlarda mülki işğalçılar qismində yaşayan ermənilər üçün tragikomik epizodla müşaiyət olunub.

Virtualaz.org xəbər verir ki, sovet dövrünün inzibati ərazi bölgüsünə əsasən Ağdərə ( keçmiş Mardakert) rayonunun tərkibinə daxil olan, lakin 1992-ci ildə həmin rayonunun inzibati ərazi vahidi kimi ləğv edilməsindən sonra Kəlbəcər rayonunun tərkibinə verilən Çərəktar kəndində yaşayan ermənilər kəndin Azərbaycanın nəzarətinə qaytarılacağını eşidərək evləri yandırıblar və gediblər. Lakin bu gün məlum olub ki, kənd Azərbaycanın nəzarətinə qaytarılan yaşayış məntəqələrinin sırasında yer almır.

Çərəktar kəndi daha əvvəl Ermənistan hökumətinin açıqladığı və Azərbaycanın nəzarətinə qaytarılacaq yaşayış məntəqələrinin siyahısında yer alırdı. Bu xəbəri eşidən ermənilər tələsik kənddən köçməyə başlamışdılar və Kəlbəcərdən, Ağdamdan çıxıb gedən digər qanunsuz məskunlaşdırılmış ermənilər kimi evlərə də od vururdular, yaxud evlərin dam örtüyüyünü söküb daşıyırdılar. Bu proses əslində noyabrın 12-dən başlamışdı. Dünənə qədər kənddə yaşayanların böyük əksəriyyəti əşyalarını daşıyaraq Çərəktarı tərk etmişdi. Onlar kənddə tikilmiş böyük məktəb binasını da yandırmışdılar.

“Amma indi məlum olur ki, kənd təhvil verilmir. Amma o eşşəklərdən (Ermənistan hakimiyyətində oturanlar nəzərdə tutulur,-red.) hansı indi bütün kəndin evlərinin yandırılmasına, əmlakın məhv edilməsinə və digərlərinə görə cavab verəcək? Yəqin təhsil naziri və ya iqtisadiyyat naziri günahkardır, hansı ki, artıq işdən azad ediliblər? Və ya kəndlilər günahkardır? Lakin heç bir halda ali baş eşşək günahkar deyil. Artıq deməyə layiqli söz də tapa bilmirsən, sadəcə baxırsan və başa düşməyə çalışırsan ki, bütün bunların sonu var, yoxsa yeni “heyrətamiz” yüksəkliklər qalır...”,-Samvel Meliksetyan adlı erməni istifadəçi Facebook-da yazır.

Ağdərədəki qondarma erməni administrasiyasından dünən demişdilər ki, Çərəktar kəndində yaşayanların əksəriyyəti evləri tərk edib. Və noyabrın 24-də kənd demək olar ki, boş idi, amma orada nə Azərbaycan hərbçiləri, nə Rusiya sülhməramlıları görüməmişdi. Qondarma “administrasiya”dan deyirdilər ki, Çərəktar Vəng kəndinin yaxınlığında yerləşir və strateji əhəmiyyətə malikdir.

Çərəktar kəndi dağətəyi ərazidə yerləşib və əsası kolanı tayfaları tərəfindən qoyulub, kənddə işğala qədər həmişə azərbaycanlılar yaşayıb. 1993-cü ildə Çərəktar erməni işğalı altına düşüb, kəndin adını dəyişdirərək “çarektar” qoyublar. Dünənə qədər kənddə yüzlərlə erməninin qanunsuz yaşadığı məlum idi.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə rayonu inzibati ərazi vahidi kimi ləğv olunandan sonra rayonun yaşayış məntəqələri Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Lakin indi üçtərəfli razılaşmaya əsasən Kəlbəcərin və digər rayonların ilkin mərhələdə Azərbaycanın nəzarəti altına qaytarılması köhnə sovet inzibati ərazi bölgüsü əsasında, belə görünür ki, ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudları nəzərə alınmaqla aparılır. Əks halda Ağdərə və onun kəndləri bütünlüklə elə indiki mərhələd Azərbaycanın nəzarəti altına keçməliydi.

Şərhlər

Agasef Qedirov 2020-11-25 20:30:24

Biz niye girmirik ora hec kim yoxdursa tam furset imis

t.ədalət 2020-11-25 20:28:45

Ərazilərimizli ermənilərin arasında Putin pay-püşk edirsə,rusların regiona göndərdiyi ordunun daha nəyi sülhməramlı oldu?Təəssüf ki bəzi siyasi partiya rəhbərlərinin çıxışından görünür,hətta ermənipərəst Putinin şəklini ürəklərinin üstündə gəzdirmək istəyirlər.Gavur Putinin işğalçı kimi bölgülər aparması Azərbaycan tərəfin Rusiya sülhməramlılarından imtinasını şərtləndirir.Başlanğıcda Putinin belə davranışı sonda əvvəlki muxtariyyətlə başa çatacaq.

Qarabaq 2020-11-25 20:05:55

Ne oldu bu Xankəndi qayıtmadı Azərbaycan nezaretine

ejder 2020-11-25 19:59:20

cerektar bizim olmalidir,qazaxin yeddi rayonu ne oldu ,daniwin,teleb edin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol