Menu

Dieqo Maradona dünyasını dəyişdi - Argentinada 3 günlük matəm elan olundu

25.11.2020, 21:32
Dieqo Maradona dünyasını dəyişdi - Argentinada 3 günlük matəm elan olundu

Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Argentina Prezidenti Maradonanın ölümü ilə bağlı bu gündən başlayan üç günlük matəm elan edib.

***

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib. "Report" "Clarin" nəşrinə istinadən xəbər verir ki, argentinalı veteran hücumçu 60 yaşında vəfat edib.

Bu gün qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.

Qeyd edək ki, Dieqo Maradona son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edirdi. Futbolçu karyerasında ölkəsinin "Arxentinos Xuniors", "Boka Xuniors", "Nyuell Old Boyz", İspaniyanın "Barselona", "Sevilya" və İtaliyanın "Napoli" komandalarının formasını geyinmiş forvardın klub yarışları səviyyəsində əsas uğuruı məhz Neapol təmsilçii ilə bağlıdır. Yığmada 91 oyun keçirmiş Maradona 34 qol vurub. O, 1986-cı ildəki dünya çempionatınatının qalibi, 4 il sonrakı mundialın isə gümüş mükafatçısı olub..

2008-ci ildən məşqçiliyə başlayan Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.

Şərhlər

t.ədalət 2020-11-25 23:57:35

İdman,xüsusilə futbol xalqlar arasında dostluq yaradan bir sahədir.Biz idmançıları sevəndə onların hansı millətdən olduqlarını yox,gözəl oyunlarını müzakirə etdik.Maradona da belə idmançılardan idi.Bizim Banişevski kimi,Braziliyalı Pele kimi hamının sevgisini qazanmışdı.Allahın rəhmətinə qovuşsa da adının əbədiyarlığını qazandı.

Azər 2020-11-25 21:37:48

Erməni dostu. Bu ermənilər üçün də böyük itkidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol