Paşinyanın əsas siyasi rəqibi deputat mandatından məhrum edilə bilər

Ermənistan Konstitusiya Məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının sədri, parlamentdəki fraksiyasının rəhbəri Qagik Tsarukyanın deputat mandatına xitam verilməsi barədə Milli Məclis Şurasının müraciətinə baxacaq.

"AzPolitika.info" xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məlumatda bildirilir ki, məhkəmə müraciəti araşdırıb 30 gün ərzində qərar verəcək.

Tsarukyanı nələrin gözlədiyinə gəlincə bu barədə artıq ciddi müzakirələr in başladığı qeyd olunur.

"Konstitusiya Məhkəməsinin bir çox üzvü qanuni əsasların zəif olduğu, bu səbəbdən ərizənin rədd edilməli olduğu barədə fikir söyləyib. Müharibədən sonra Konstitusiya Məhkəməsinin bir sıra üzvləri siyasi hakimiyyətə inamlarını itirdilər. Beləliklə, zəif hüquqi təməllər və siyasi reallıqlar Konstitusiya Məhkəməsinin, ehtimal ki, Qagik Tsarukyanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə bəyanatını yekdilliklə rədd edəcəyinə inanmağa əsas verir"-deyə xəbərdə bildirilir.

Xatırladaq ki, Q. Tsarukyan Ermənistan parlamentində Paşinyanın "Mənim addımım" partiyasından sonra ən çox deputat mandatına sahibdir. O hakimiyyətə qarşı sərt mövqeyi il seçilir.

Müharibədən əvvəl Paşinyan müxtəlif ittihamlarla rəqibini həbsə atdırmışdı. Amma hərbi əməliyyatlar dövründə Tsarukyan baş nazirə çoxsaylı müraciətlərdən sonra cəbhəyə getmək şərti ilə azadlığa buraxılmışdı. Görünür, məğlubiyyətdən sonra Paşinyan əvvəlki ampulasına qayıdaraq siyasi rəqibləri ilə “haqq-hesab" çəkməkyi davam etdirir.

"AzPolitika.info" 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar