Paşinyanla əsgər valideynlərinin görüşündə insident – "Dedi, nə istəyirsən, yataqlarımızı ora aparaq?"

Hərbi xidmətə çağırılanların valideynlərinin baş nazir Nikol Paşinyanla görüşündə insident yaranıb.

“AzPolitika.info” erməni mətbuatına istinadən xəbər verir ki, övladları hərbi xidmətdə olan valideynlər hökumət binası qarşısında etiraz aksiyası keçirərək uşaqlarının Ermənistana qaytarılmasını tələb ediblər. Onların bir qrupu Paşinyanla görüşə dəvət edilib.

Aksiya iştirakçılarından biri görüşdən sonra bildirib ki, Paşinyana ölkəyə nəzarət edə bilmədiyini deyib: “Dedim ki, işçilərin sənə yalan məlumatlar ötürürlər. Qarabağdakı əsgərlərimizin vəziyyəti barədə məlumatınız yoxdur. Baş nazir isə buna cavab verə bilmədi, diqqəti mövzudan yayındırmağa, aidiyyatı olmayan sözlər deməyə çalışdı. Dedim ki, 18-20 yaşlı çağırışçıların xidmətlərini davam etdirmək üçün Ermənistan ərazilərinə qaytarılmasını tələb edirik, başqa bir şeyə ehtiyac yoxdur. Dedim, oradakı əsgərlər unudulub, xəbəriniz yoxdur...”

Hərbçi atası deyib ki, Baş nazirin ona cavablarından şoka düşüb: "Dedi, nə istəyirsən, yataqlarımızı ora aparaq? Cavab budur? Bu sözlərdən sonra inanıram ki, artıq baş nazirimiz yoxdur. Sonra boş-boş danışdığını hiss etdi, üzr istədi. Amma mən bunların problemləri həll edəcəyinə inanmram”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar