Menu

Şəhid və qazi ailələrinə nə qədər təqaüd veriləcək?

01.12.2020, 16:41
Şəhid və qazi ailələrinə nə qədər təqaüd veriləcək?

Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilər üçün maddi və psixoloji güzəştlər nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu yardım təqaüd şəklində həyata keçiriləcək.

Belə ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təşkil edir.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Sosial Xidmət Agentliyi tərəfindən "Qaynar xətt" (050 406- 75- 85) yaradılıb. Psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.

Şərhlər

Hidayət 2020-12-01 23:17:54

Axi bunu kim tərtib edib yenə? Şəhid ailəsi iki uşaqla 300 man necə dolanacaq?

Çingiz 2020-12-01 18:53:50

Ya hər ailə üzvünə 300 manat verilsin. Ya da ən axı 1000 manat verilsin

Səlim 2020-12-01 16:57:08

Çox az təəssüf etdim.Təklif edirəm ki,şəhid olanların ailələrinə qohum-ərabasını başına yığıb,siyahı tutduran nazirlərin,deputatların əmək haqqısı qədər təqaüd verilsin.Yada bu şəhid ailələrinin təqaüdləri qədər onlara əmək haqqı verilsin,könülləricə olar işləyərlər büdcəyə qənat olar,istəməzlər istefa verib gedərlər.Daha Azərbaycan əvvəlki kimi ola bilməz.Biz qalıb xalqıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol