Menu

19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı

07.12.2020, 14:53
19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı

Gəncə Şəhər Prokurorluğunun əməkdaşı Əlizadə Yüksəl İlqar oğlu Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2020-12-07 17:15:34

Allahtaala bütün şəhidlərimizə rəhmət eləsin!

Azər 2020-12-07 16:00:30

Belə oğullarımızla fəxr edirik. Təbii, məqamı Cənnətdədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol