AMİN MUSAYEV VƏ DİGƏR ƏSİRLƏR BAKIYA GƏTİRİLİB - FOTO

İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev Vətənə gətirilib. “Report”un xəbərinə görə, A.Musayev hazırda Bakıda həkim nəzarəti altındadır.

A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.

Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar