Menu

Qazi Elçin Səmədovun ailəsinə ev verildi - FOTOLAR

19.12.2020, 19:39
Qazi Elçin Səmədovun ailəsinə ev verildi - FOTOLAR

Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi qərara alınıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin sosial tərəfdaşı olan şirkət tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.

Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.

Şərhlər

Sadık 2020-12-20 16:24:27

İnşallah, her güzellik nasibin olsun

Gülşən 2020-12-19 23:23:14

cox mubarək.Belə evlərdən qazilərin, əsgərlərin özlərinə, şəhidlərin ailələrinə mütləq verilməlidir.Sağ qalan hərbçilərə,əsgərlərə də verilməlidir.Onların təqsiri yoxdur ki, sağ qalıblar.Onlar da əziyyət çox çəkiblər

Rasim Quliyev 2020-12-19 22:13:12

Hörmətli AZpolitika əməkdaşları xahiş edirəm bir vətəndaş kimi hər həmkarlar bizdən 2 % əmək haqqımızdan tuturlar.Xahiş edərdim dövlət səviyyəsində bunu qaldırın hər ay əmək haqqımdan YAŞAT FONDUNA tutsunlar .Mən buna razıyam nəyinki hansısa məmura mənim puluma villa tikdirməsinə bilirəm ki,suvab iş görürəm.O pula kiməsə köməklik göstərilir.

Xalq 2020-12-19 20:20:53

Çox sevindik! Qazi Elçin balamız! evin çox mübarək! Tezliklə sağlamlığıva qovuşasan oğul!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol