Menu

Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötdü

02.01.2021, 15:50
Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötdü

Rusiyada son bir gündə daha 26 301 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 212 637 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 447 nəfər artaraq 58 002-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusdan 2 599 035 pasiyent sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol