Menu

İtkin düşdüyü bildirilən iki hərbçimiz şəhid olub

07.01.2021, 23:05
İtkin düşdüyü bildirilən iki hərbçimiz şəhid olub

Qusar rayonundan olan və iki aydır axtarılan hərbiçilərin şəhid olma xəbəri gəlib. “Report”un Şimal bürosunun verdiyi məlumata görə, 44 günlük Vətən Müharibəsində itkin kimi axtarışda olan hərbi qulluqçuların şəhid olduğu məlum olub.

Belə ki, Ramazanov Rail Arif oğlu rayonun Hil, Şahbazov Sərvan Əliməhəmməd oğlu isə Gündüzqala kəndinin sakinidirlər.

Şəhidlərin cənazəsi bu gün rayon ictimaiyyətinin nümayəndələri və sakinləri tərəfindən izdihamla qarşılanıb və dəfn edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2021-01-08 02:03:12

Allah hər iki şəhidimizə rəhmət eləsin! Yatdıqları məkanlar cənnət olsun, Allah yaxınlarına səbr versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol