"Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir" - Əfv Komissiyasının üzvü

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddən artıq müraciətlər mövcuddur”.

Bunu “Report”a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:

“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.

635x100

Şərhlər

t.ədalət 2021-01-20 19:54:19

Həbsxanalardakı məhbusların əksəriyyəti ciuddi cinayət törətməyənlərdir.Onlar polis işçilərinin savadsız istintaq aparması və prokurorluq əməkdaşlarının "haqqını" verəı bilmədikləri üçün yatırlar.Məhkəmələr də pul almadıqları adamları həbsxanalara atırlar.Onları,doğrudan da əfv etmək lazımdır.İslah düşərgələri tərbiyə etmir,onları cinayətkarlara çevirir.İkincisi,boş yerə bu məhbuslar üçün dövlət pulları havaya sovrulur.Həbs olunanların "dosyesi" DTX-nın xüsusi nəzarət qurumlarında araşdırılsa xeyli hüquq-mühafizə işçisi həbs olunar.

Son yazılar