Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs kimliyi məlum oldu

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un əldə etdiyi məlumata görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir.

Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

635x100

Şərhlər

t.ədalət 2021-01-28 14:05:32

Kişi yaşına görə bu cinayəti öz üzərinə götürüb.Halbuki törədici başqasıdır

Son yazılar