Menu

İranda koronavirus daha 70 nəfərin həyatına son qoydu

31.01.2021, 21:46
İranda koronavirus daha 70 nəfərin həyatına son qoydu

İranda son sutka ərzində 6268 nəfər koronavirusa yoluxub, 70 pasiyent dünyasını dəyişib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari deyib.

Onun sözlərinə görə, bununla ölkədə virusa yoluxanların sayı 1 417 999, ölənlərin sayı isə 57 959 nəfərə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3932 xəstənin vəziyyəti ağır olaraq qalır. İranda indiyədək 1 210 051 nəfər koronavirusdan sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol