Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. "AzPolitika.info" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin fevralın 16-da yaydığı məlumatda bildirilir.
Məlumata görə, ilin birinci rübü üzrə 10 siyasi partiyaya ümumilikdə 857.5 min manat ödənilib. Bunlar Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasıdır.
Məlumatda vurğulanır ki, vəsait "Siyasi partiyalar haqqında" Qanunun 17-1-ci maddəsinə uyğun ayrılır.
Qüvvədə olan qanunda bölgü belədir: Vəsaitin 40 faizi Milli Məclisində təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların sayına proporsional bölünür.
Qalan 10 faizdən yarısı son seçkilərdə namizədləri səslərin azı 3 faizini qazanmış, lakin parlamentə düşməyən partiyalar arasında səslərin sayına proporsional ayrılır. Onun digər yarısı isə təkrar və əlavə seçkilərdə yer qazanan partiyalara verilir.
Azərbaycanda son parlament seçkiləri ötən il fevralın 9-da keçirilib. Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. Qalan yerlərdən təqribən 40-ı bitərəflərə, 10-u isə başqa partiyalara məxsusdur. YAP-dan sonra ən çox yer qazanan Vətəndaş Həmrəyliyi Partiyası 3 mandata yiyələnib.
"AzPolitika.info"


Şərhlər
Maraqlıdır,bu partiyalar nə mənədir ki,hökumət oinları maliyyələşdirir?Bu partiyaları düşündükcə,vaxtı ilə akademik Ziya Bünyadovun rusist və bolşevik tör-töküntüsü Püstəxanım Əzizbəyovaya dediyi sözlər yada düşür:"-Otur aşağı,sən məni tənqid edə bilməzsən.Çün ki mən səni..."İndi də bu partiyalar ağızlarını açıb hakimiyyəti necə tənbqid edə bilərlər?Hakimiyyət də,güman ki Z.Bünyadovun sözlərini bir başqa formada təkrar edə bilər.