Menu

Azərbaycanda hərbi xidmətin müddəti artırılacaq? - Orta təhsilli şəxslər...

16.02.2021, 17:35
Azərbaycanda hərbi xidmətin müddəti artırılacaq? - Orta təhsilli şəxslər...

Azərbaycan Ordusu önündə duran ən mühüm vəzifələrindən birini 44 gün ərzində artıq icra edib. Amma bu, o demək deyil ki, vəzifələrimizin hamısı artıq yerinə yetirilib. Çünki digər vəzifələr, məsələn, azad olunan ərazilərdə təhlükəsizliyin təminatı, onların yerləşdirilməsi, həm İranla, həm də Ermənistanla sərhədlərin möhkəmləndirilməsi, sərhəd xəttinin qurulması, zastavaların inşası və s. istiqamətində hələ də silahlı qüvvələrimizin qarşısında icrası davam edən böyük vəzifələr durur. Bunlar da aktiv yerinə yetirilməkdədir.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində daha ciddi addımlar atacaq:

"Hazırda Azərbaycanda hərbi müddətin artırılması üçün hansısa addımlarda, hansısa qanunvericilik aktlarında dəyişiklik ediləcəyini düşünmürəm. Bilirsiniz ki, əksinə olaraq Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində addımlarını artıracaq, o cümlədən ordunu kompakt, lakin keyfiyyət göstəricilərini daha üst səviyyəyə çıxarmaq üçün çalışacaq. Bu addımlar peşəkar ordu yaradıcılığının bir hissəsi olacaq.

Azərbaycan Silahlı Qüvvələrində döyüş hazırlıq səviyyəsini təyin edən vəzifələrə həqiqi hərbi xidmətə çağırılan əsgərlər əvəzinə müddətdən artıq xidmət edən hərbi qulluqçular təyin edilir. Bu isə peşəkarlıq baxımından Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək üçün kifayət edir".

Qeyd edək ki, hazırda ölkəmizdə orta təhsilli şəxslər 1 il 6 ay, ali təhsilli şəxslər isə 1 il müddətində hərbidə xidmət edirlər. 

Şərhlər

Culfa 2021-02-16 22:34:49

Müddət niyə artırılır? Elə süzənəklə qırmızı bilet alanların 20 faizi orduya cəlb olunsa, kazarmalarda yer çatışmaz...

Culfa 2021-02-16 21:07:31

Müddət niyə artırılır? Elə süzənəkl

Əski Stepanakertli 2021-02-16 18:23:51

Cənab HƏRBİYYƏ EKSPORTU, reytinq nəyə görə yüksəkdir bilmirəm? Tarixi Zəfər üçün bütün əhali ORDUmuza minnətdardır və Müharibə qurbanlarımız qarşısında dizlərimiz üzərində halallıq istəyirik! Yeni əla texnika və dəstəyə görə də minnətdarıq! Ancaq, can itgiləri və bu gündə öz torpağında sağ, ya həlakdan gündəlik xəbərlərin olmaması səriştəni yox biabırçı biganəliyi və daxili satqınlığı göstərir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol