Menu

Nazir müavininin qabırğası çatlayıb

17.02.2021, 14:17
Nazir müavininin qabırğası çatlayıb

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.

Bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".

Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".

Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb.

Şərhlər

BAKILI 2021-02-17 15:39:15

Gezum aydin

Xalq 2021-02-17 15:16:15

yəqin çox möhkəm "qucaqlayıblar"

Abdul 2021-02-17 15:00:18

Oy nə gözəl lap əla olub ! Çox sevinirəm !

Eli 2021-02-17 14:36:32

İsmayıl müellim pis adam deyil Allah şefasını versin ,yeqin yol gederkem fikirli olub,nazirinin fikrini edirmiş ki göresen onu işden çıxarsalar meni onun yerine teyin ederker ve büdreyib yıxıllıb Tez sağalsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol