Menu

Azərbaycan və Türkiyə müştərək İT layihələrin icrasına dair razılığa gəlib - FOTO

18.02.2021, 11:36
Azərbaycan və Türkiyə müştərək İT layihələrin icrasına dair razılığa gəlib - FOTO

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Rəqəmli Transformasiya Ofisinin rəhbəri Ali Taha Koc ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə R. Nəbiyev "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüş çərçivəsində Süni İntellekt, böyük həcmli məlumatlar və "Hökumət buludu" mövzusunda gələcək əməkdaşlıq müzakirə olunub.

"Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılıq əldə olunub", - nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol