Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.
Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.
Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar onu xilas etmək istəsələr də cəhdləri uğursuz olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.


Şərhlər
Bu cəmiyyətimizə ciddi siqnaldır.
Son zamanlar intihar hadisələri geniş vüsət aldı.Hər gün intihar xəbərləri eşidilir və belə getsə daha da çoxalacaq.Təəssüf
Bir vaxtlar İspaniyada yoxsulluq əhalini intihar etməyə məcbur etmişdi.Adətən ölkədəki hərc-mərclik və hüquqsuzluqla yanaşı maddi durumun da pisləşməsi intihardan başqa heç nə ilə sonuclanmır.Əlbəttə,intihar günahdır.Sosial vəziyyət bizim hamımızı əzir.Ancaq ölmək lazım deyil.Yaratmaq və öldürmək Allaha aiddir.Onun işinə müdaxilə insanı cəhənnəmə yaxınlaşdırır.Bu gün xalqın bütün imkanlarını ələ alıb onu uçuruma yuvarladanların dəhşətli bir sonu olacaq.Hakimiyyət hətta ayaqyoluları da öz monopoliyasınba alıb.Ölkənin xalq üçün heç nəyi qalmayıb.