İRƏVANDA TOQQUŞMALAR BAŞLAYIB - Hökumət və müxalifət tərəfdarları meydanda üz-üzə gəlib + FOTO,VİDEO

Ermənistanda hökuməti və müxalifəti dəstəkləyən qüvvələrin eyni vaxtda meydanlara axışması toqquşmalara səbəb olub. 

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan hərbi çevriliş cəhdinə qarşı tərəfdarlarını meydanda toplanmağa çağırıb. O, yerli vaxtla saat 16: 00-da canlı yayımda çıxış edəcəyini vəd edib. Baş nazir mitinqdə vətəndaşların təhlükəsizliyinin təmin olunacağına əmin edib.

Müxalifətin keçid hökumətinin lideri Vazgen Manukyan da saat 15:00 radələrində qiyamçı hərbçilərə dəstək verməyə çağırıb.

"AzPolitika.info" erməni mətbuatına istinadən xəbər verir ki, qarşı-qarşıya duran qüvvələrin tərəfdarlarını eyni vaxtda küçəyə çağırması gərginliyə səbəb olub. İrəvanın mərkəzində opera binasının yaxınlığında onların arasında toqquşmalar baş verib. Polis güc təbiq edərək dalaşanları ayıra bilib. Paytaxtda vəziyyət gərgin olaraq qalır.

"AzPolitika.info"



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar