Menu

Azərbaycanda 278 yeni yoluxma faktı qeydə alınıb

27.02.2021, 17:19
Azərbaycanda 278 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib. Hazırda 2 398 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, bu günə qədər isə ümumilikdə 2 591 235 test icra olunub.

Şərhlər

TARIX 2021-02-27 21:40:18

NƏQLİYYATDA VƏZİYYƏT BELƏ OLDUQCA XƏSTƏLƏNMƏLƏRİN SAYI ARTACAQ.O.Q-IN ANLAŞILMAZ QƏRARLARININ KİMƏ VƏ NƏYƏ XİDMƏT ETDİYİ MƏLUM DEYİL.NİYƏ METRO ÜMUMİYYƏTLƏ, AVTOBUSLAR ŞƏNBƏ VƏ BAZAR GÜNÜİ NƏ ÜCÜN ŞLƏMİR.

CAVAN 2021-02-27 17:39:04

ƏLBƏTDƏ XƏSTƏ SAYI ÇOXALACAQ.BUNUN ÜÇÜN AVTOBUSLARDA İNSANLARIN HANSI VƏZİYYƏTDƏ DAŞINDIĞINA BAXMAQ KİFAYƏTDİR.OPERATİV QƏRARGAH İSƏ İSRARLA METRONU İŞLƏTMİR VƏ XALQIMIZIN ƏSƏBLƏRİ İLƏ OYNAYARAQ ,ONLARI DÖVLƏTDƏN NARAZI SALIR.HƏFTƏNİN 6-CI GÜNLƏRİ MARŞURUTLARI İŞLƏTMƏMƏKLƏ YOXSUL TƏBƏQƏNİ İŞƏ GEDƏRKƏN TAKSİYƏ MİNMƏYƏ MƏCBUR ETMƏKLƏ ONLARA NƏ QƏDƏR ZİYAN VURURLAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol