Menu

Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

02.03.2021, 17:50
Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

Müdafiə Nazirliyi (MN) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində itkin düşmüş hesab olunan 28 hərbi qulluqçunun tapılması üzrə işlər davam etdirilir.

MN-dən verilən məlumata görə, şəxsiyyəti müəyyən olunmayan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, MN Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan martın 2-dək dəfn edilən 2881 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol