Menu

Azərbaycanlı futbolçu Emin Ağalarovun 2 villasını satın aldı

08.03.2021, 15:55
Azərbaycanlı futbolçu Emin Ağalarovun 2 villasını satın aldı

Milli komandamızın və "Sabah"ın hücumçusu Ramil Şeydayev özünə yeni mülk alıb. Özü də bir yox, ikisini. 

Son günlər intizamsız davranışı ilə gündəmə gələn forvard Mərdəkanda yanaşı tikilən iki villaya sahiblənib. Yenisabah.az-ın məlumatına görə, o, buranı tanınmış ifaçı və iş adamı Emin Ağalarovdan satın alıb.

Məşhur "SeeBreeze" istirahət kompleksinin yaxınlığında yerləşən malikanələrin real qiyməti 500-550 min dollardan başlayır.

Amma Ağalarov Rusiyadan yaxından tanıdığı Şeydayevə qiymət mövzusunda xeyli güzəştə gedib. Millinin forvardı hər bir villa üçün 200 min dollar ödəyib.

Şərhlər

t.ədalət 2021-03-08 19:07:36

Güman ki villaları yaxın tanışların adına sənədləşdirirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol