Menu

Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib

13.03.2021, 20:18
Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib

Prezident İlham Əliyev Naxçıvan Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilib.

Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4 444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.

Şərhlər

t.ədalət 2021-03-14 21:09:31

Dəmirçilər kəndi Sədərək yolunun üstündə yerləşir.Burda bir otel var.Gecələr,əsasən polis işçilərinin oylağına çevrilən bu otel Türkiyəyə keçmək üçün Naxçıvana üz tutan gürcü və acar qızlarının gecələdiyi məkandır.Dəmirçilərdəki dağın yola yaxın hissəsindəki dağda bir mağarta var.Deyirlər ki,guya bu mağaradan Araz çayının altı ilə uzanan bir yol var.Sədərəyin-ərikli səddin ermənistanla sərhəddində salınan Heydərabad qəsəbəsini də yaşayış yerinə çevirmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol