TÜRKİYƏLİ PROFESSORDAN XƏBƏRDARLIQ... - “Daha ölümcül epidemiyalara hazır olmalıyıq”

Milyonlarla insana təsir edən koronavirus epidemiyasına qarşı ilk peyvəndi hazırlayan “BioNTech” şirkətinin qurucusu, türkiyəli məşhur professor Uğur Şahin ABŞ mərkəzli yayım şirkəti olan “Bloomberg”-ə epidemiya ilə bağlı kritik açıqlamalar verib. 

U.Şahin COVİD-19-un dünyanın gördüyü ən dəhşətli epidemiya olmadığını və gələcək illərdə silsiləvi şəkildə yeni virusların ortaya çıxacağını deyib.

Gələcəkdə hamımızı daha ölümcül və sarsıdıcı epidemiyaların gözlədiyini söyləyən Uğur Şahin, bu vəziyyətlə üzləşməmək üçün ciddi şəkildə hazırlıqlı olmağın vacibliyini vurğulayıb. Professora görə, bəşəriyyətin görə biləcəyi ən böyük tədbir peyvəndlənmədir.

"Dərman istehsalçılarının və dünya dövlətlərinin əsas məqsədi bir peyvənd istehsal edildikdən sonra üç ay ərzində bütün dünyanı immunizasiya edəcək bir istehsal gücünə sahib ola bilməkdir. Biz, hazır deyilik. Dünyadakı bütün əhali üçün kifayət qədər doza istehsal etmək çətindir. Məsələ peyvəndi tez tapmaq deyil, eyni zamanda, sürətli şəkildə, kifayət qədər istehsal etmək də vacibdir", – deyə, professor qeyd edib.

Hazırda Avropa əhalisinin yüzdə 7-si və ABŞ əhalisinin yüzdə 19-u ən az 1 doza peyvənd edilib. Uğur Şahin peyvənd istehsalçılarının gələn il bütün dünyaya kifayət qədər doza verəcəyini düşünür. “Pfizer-BioNTech” tərəfindən 2022-ci il üçün təyin olunan illik hədəf, U.Şahin tərəfindən 3 milyard doza olaraq elan edilib.

Virusdakı mutasiya artımının da həyəcanverici olduğunu deyən Prof. Dr. Şahin, inkişaf etdirdiyi peyvəndin bu qədər yüksək təsir göstərəcəyini düşünmədiyini də bildirib. Koronavirus peyvəndi sayəsində insan bədənində virusun inkişafının qarşısının alındığını ifadə edən U.Şahin, koronavirus peyvəndinin iki ildən bir təkrarlanmasının vacib olduğunu da vurğulayıb.

Güntəkin

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2021-03-14 16:23:10

Olanda olacaq də,bunu indidən deyib insanlarda yaşamaq ruhunu öldürmək kimə lazımdır?

Son yazılar