Menu

“İkiqat” “Covid-19” da peyda oldu

25.03.2021, 11:35
“İkiqat” “Covid-19” da peyda oldu

Hindistan Milli Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Sujeet Kumar Sinqhin açıqlamasına görə, Hindistanın qərb əyalətlərində yeni növ koronavirusun "ikiqat mutant" variantı aşkar edilib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu faktla bağlı hazırlanmış hesabatda maraqlı məqamlar yer alıb. Belə ki, hesabata görə, Hindistanın “Covid-19”-dan ən çox təsirlənən vilayətlərindən olan Maharaştrada virusa yoluxmuş insanların iki yüz altısında 'ikili mutant variant” tapılıb.

Bununla bağlı ABŞ mətbuatında yer alan xəbərə görə isə Hidistanin paytaxtında 9 nəfər koronavirusun yeni “ikiqat variantı”na yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol