Menu

Türkiyə hakimiyyəti "İstanbul" kanalının inşası planını bəyəndi

27.03.2021, 22:58
Türkiyə hakimiyyəti "İstanbul" kanalının inşası planını bəyəndi

Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Qara və Mərmər dənizlərini birləşdirəcək yeni "İstanbul" su kanalının inşası planının təsdiq olunduğunu bildirib. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

"Biz bütün sorğuların və etirazların öyrənilməsindən sonra "İstanbul" kanalının inşası planını bəyəndik. Bu çərçivədə addımlara tez təşəbbüs edəcəyik ki, kanal şəhərimizin xeyrinə xidmət etsin", - o, tvitterdəki səhifəsində yazıb.

Türkiyə 51 kilometr uzunluğa malik kanalın inşasına hələ 2018-ci ildə başlamağı planlaşdırırdı. Layihənin təxmini qiyməti - 10 milyard ABŞ dollarıdır. Tamamlanma işlərinin 2023-cü ildə - Türkiyə Respublikasının 100 illik yubileyində başa çatdırılması planlaşdırılır.

Şərhlər

t.ədalət 2021-03-28 01:08:43

Sayın Ərtdoğanın fədakarlığı nəticəsində bu gün Türkiyə dünyanın bir nömrəli dövlətinə çevrilmişdir.Yaşamaq azadlığı,azad məhkəmələr,milli-irqi ayrı-seçkiliyin olmadığı və Allahın bəyəndiyi yolla inkişaf edən Türkiyə hamının sevgisini qazanıb.Bütün Avropa İstanbulda yaşamaq istəyir.Dar gündə hamımızın sığına bildiyi,düşmənlərimizin təslim olduğu əziz Türkiyəm,var ol!Tanrı səni bundan da yuxarı eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol