Donbas üzrə Üçtərəfli Təmas Qrupunun (ÜTQ) Ukraynalı nümayəndəsi Aleksey Arestoviç NATO-nun «Defender Europe 2021» miqyaslı hərbi təlimlərinin başlandığını bəyan edib.
“UKRLife.TV” telekanalına danışaraq bildirib ki, Şimali Atlantika Alyansı artıq qüvvələrin cəmləşməsinə və onların yerləşdirilməsinə, həm də loistika məslələrinin təşkilinə başlayıb.
Ukraynalı nümayəndənin sözlərinə görə, qarşıdakı təlimlərin fokusunda Balkanlar, Krım və yaımadanın bütün şimalı olacaq. Təlimlərin hədəfi isə Rusiya ilə müharibəyə hazırlıqdan ibarətdir.
«Balkanlardan Qara dənizə qədər məşq olunanların məqsədi açıq mətnlə deyək, Rusiya ilə müharibədir - Rusiya ilə silahlı qarşıdurma mövzusudur» - RİA Novosti Arestoviçdən sitat gətirir.
Xatırladaq ki, “soyuq müharibə” dövründən bu yana ilkdəfə NATO-nun «Defender Europe 2021» təlimləri may-iyun aylarında keçiriləcək. Alyans ölkələrindən təlimlərə Ukrayna, Gürcüstan və Moldova fəal şəkildə cəlb olunur.
"AzPolitika.info"


Şərhlər
Zelenski KİŞİ adamdır.ALLAH QÜVVƏT VERSİN.
rusun belini hamılıqla, yəni kollektiv şəkildə qırmaq olar! Tək-tək dövlətlər rusa hücum etsə heç nə alınmayacaq, ona görə ki, güc birlikdədir!
Allah işğalçı Rusiyanın bəlasını versin!