Menu

BU GÜNDƏN 4 ŞƏHƏR, BİR RAYONDA MƏKTƏBLƏR BAĞLANIR - Pandemiya şəraiti ilə əlaqədar olaraq

05.04.2021, 00:11
BU GÜNDƏN 4 ŞƏHƏR, BİR RAYONDA MƏKTƏBLƏR BAĞLANIR - Pandemiya şəraiti ilə əlaqədar olaraq

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib.

Belə ki, aprelin 5-dən qeyd olunan ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili başlayır.

Distant tədris zamanı dərslərin "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilməsi nəzərdə tutulub. Nazirlik şagirdlərə “Dərs vaxtı” teledərslərini izləməyi tövsiyə edib.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Şərhlər

t.ədalət 2021-04-05 11:37:15

Təhsilə qarşı aqressiya anti-milli siyasətdir.Pandemiyadan istifadə edib xalqı qanuni haqqından-təhsil almaq hüququndan mərhum etmək olmaz

OXMUXlu valdeyn 2021-04-05 10:13:26

Distant ən çoxu 10 dəqqə leks! Qalanı kimin boynuna? Distant vasitələri kim verəcək və kimlər valdeynləri repititasiya edəcəklər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol