Menu

Ukrayna Donbassla bağlı danışıqlar üçün Minskə nümayəndə göndərməkdən imtina edib

06.04.2021, 10:45
Ukrayna Donbassla bağlı danışıqlar üçün Minskə nümayəndə göndərməkdən imtina edib

Kiyev Donbass üzrə Üçtərəfli Təmas Qrupundakı nümayəndə heyətinin üzvlərini Minskə göndərməyəcək.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, danışıqların davam etdirilməsi üçün başqa ölkə, başqa şəhər axtarmaq lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol