“Uşaqların hərbi əməliyyatlardan zərər çəkdiyini görmək dəhşətlidir” - Asadjon Xojayev

“Biz bu gün Gəncəyə səfərimiz zamanı hərbi əməliyyatlar nəticəsində mülki əhalinin necə zərər çəkdiyini gördük”. “Report”un Qərb mərkəzinin məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.

Onun sözlərinə görə, mülki vətəndaşların, xüsusəndə uşaqların hərbi əməliyyatlardan zərər çəkdiyini görmək dəhşətlidir: “Biz çox şadıq ki, Azərbaycan torpaqlarına sülh gəlib. Ağdama səfərimiz zamanı çox dəhşətli dağıntılar gördük. Hesab edirik ki, insanların orada yaşadığı zaman mövcud olan sevinc yenidən Ağdama qayıdır. Bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, özbəkistanlı mühəndislər və mütəxəssislər Qarabağda infrastrukturun, tarixi abidələrin, məscidlərin bərpasında aktiv iştirak edəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar