Menu

Neftçalada Vətən Muharibəsi şəhidinin büstünün açılışı olub - FOTO

12.04.2021, 23:04
Neftçalada Vətən Muharibəsi şəhidinin büstünün açılışı olub - FOTO

Neftçala rayonunda Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun büstünün açılışı olub. "Report"un Muğan bürosunun məlumatına görə, açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, habelə karantin qaydaları ilə əlaqədar olaraq rayonun rəhbərliyi də daxil olmaqla, məhdud sayda şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edənlər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılov kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışıblar.

Qeyd edək ki, şəhid Camal İsmayılov 1984-cü ildə Neftçala rayonunda anadan olub. O, Vətən Müharibəsində şəhid olub.

Şərhlər

Xalq 2021-04-13 00:44:21

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol